Dünya
Avropa geri çəkilir: Merkeldən Putinə yeni təklif
Davosda İqtisadi Forumda iştirak edən Almaniyanın kansleri Angela Merkel Ukrayna böhranının həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təklif verib.
Publika.az“unian.net” saytına istinadən xəbər verir ki, kansler Ukraynada sülh qarşılığında “Lissabondan Vladivostoka qədər” azad ticarət zonası təklif edib.
Merkel xatırladıb ki, Rusiya prezidentinin özü də bir vaxtlar “Lissabondan Vladivostoka qədər” azad ticarət zonasının yaradılması barədə ideyanı səsləndirib. Onun sözlərinə görə, Almaniya hökuməti və Avropa Birliyi Ukrayna münaqişəsinin həll olunacağı halda Rusiyaya geniş azad ticarət zonasının yaradılmasını təklif edə bilər.
“Bu, əlbəttə, bizim hədəfimiz olmalıdır. Ümid edirəm ki, bunun üçün imkanlar yaranacaq. Ehtimal ki, Ukrayna və Avropa Birliyi arasında imzalanan assosiativ sazişə görə yaranmış mübahisəli məsələləri həll etmək mümkündür. Amma bunun üçün ilkin şərt Ukraynada sülhün əldə olunmasıdır”, - kansler deyib.
Ömər Dağlı
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov