İŞİD yaponiyalı girovlardan birini edam etdi - VİDEO - FOTO
Bizi izləyin

Dünya

İŞİD yaponiyalı girovlardan birini edam etdi - VİDEO - FOTO

İŞİD terrorçu qruplaşması yapon girovlarından birini öldürüb.

Publika.az xəbər verir ki, bununla bağlı terrorçular videogörüntü yayıblar. Videoda yapon kişilərdən biri, jurnalist Kenji Qoto əlində digər girovun şəklini tutur. Buradan başı kəsilən girovun Haruna Yukava olduğu anlaşılır.

Yaponiya hökuməti girov götürülən iki yapondan birinin İslam Dövləti tərəfindən öldürüldüyünü göstərən videonun həqiqiliyini yoxlayır. Yaponiya hökuməti bu mesajın bağışlanmaz olduğunu bildirsə də, videonun tam həqiqiliyi barədə hələlik rəsmi məlumat verilməyib.

Hazırda Suriya və İraqın üçdə birinə nəzarət edən İslam Dövləti qrupu 72 saat ərzində 200 milyon dollar verilməyəcəyi təqdirdə girovların başının kəsiləcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm