Putini bitirəcək səs yazısı - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Putini bitirəcək səs yazısı - ŞOK İDDİA

Londonda 2006-cı ildə radioaktiv materialla zəhərlənərək öldürülən keçmiş DTK agenti Aleksandr Litvinenkonun ölümündən əvvəl Putinlə bağlı qeydə aldığı səs yazısı ortaya çıxıb.

Axar.az xəbər verir ki, səs yazısında Rusiya lideri Vladimir Putinin bəzi cinayətkarlarla yaxın münasibətlərdə olduğu açıqlanır.

"Deyli Teleqraf" qəzetinin ələ keçirdiyi səs yazısında Putinin FTB-nin ən çox axtarılanlar siyahısında olan ukraynalı mafiya lideri Semion Moqileviç ilə yaxın dost olduğu bildirilir. Litvinenko həmçinin Moqileviçin Əl Qaidəyə silah satdığını da iddia edir.

Səs yazısında Litvinenko italiyalı siyasətçilər ilə Sovet kəşfiyyat agentləri arasında əlaqələri araşdıran bir komissiya üçün çalışdığını və bu komissiyanın işinin də Rusiya rəsmilərini qorxuya saldığını vurğulayır.
Litvinenko İtaliyada 2002-ci ildə yaradılan Mitrohin komissiyası üçün çalışdığını və komissiya sədri Senator Peolo Quzzanti və komissiya üçün müşavirlik edən vəkil Mario Skaramellaya Rusiyanın İtaliyadakı fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarını ötürdüyünü bildirir.

Keçmiş agent bu görüşlər zamanı Skaramellaya Moqileviç barəsində də bir çox məlumat verdiyini qeyd edərək, Kremlin ona İtaliyadakı komissiya işi və Moqileviç haqqında məlumat verməməyi və buna görə özünün şantaj edildiyini də iddia edir.

43 yaşında ölən Litvinenko uzun müddət KQB-də xidmət etdikdən sonra 2000-ci ildə İngiltərəyə gedir. Keçmiş agentin 2006-cı ilin noyabr ayında Londondakı bir oteldə polonium-210 maddəsi ilə zəhərlənərək öldürüldüyü məlum olur. Litvinenkonun ailəsi və yaxınları onun Rusiya tərəfindən təşkil edilən sui-qəsdə qurban getdiyini iddia edirlər.

KQB-nin keçmiş agentləri Andrey Luqovoy və Dmitri Kovtunun Litvinenkonun ölümündə məsuliyyət daşıdığı vurğulanır. Ancaq hər ikisi şübhələri rədd edir. Onlardan Londona gəlib məhkəmədə ifadə vermələri tələb edilsə də, hər ikisi bundan imtina edir. Ən maraqlısı isə budur ki, hər iki keçmiş agent Rusiyada yaşayır.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin Litvinenkonun ölümünü birbaşa Kremlə bağlayan yeni dəlillər əldə etdiyi də iddialar sırasındadır.

Litvinenkonun ölümü ilə bağlı rəsmi istintaq 27 yanvarda Böyük Britaniyada keçiriləcək. Böyük bir hissəsi mətbuata qapalı olaraq keçiriləcək istintaqın doqquz həftə davam etməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm