Nida.az
ABŞ Rusiyanı bağışlamayacaq
“Qərb və ABŞ Rusiyanın Mariupoldakı əməliyyatını cavabsız qoymayacaq”.
Axar.az xəbər verir ki, bu haqda
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama
verib.
Politoloq bildirib ki, bu gün Ukraynanın şərqində dövlətə qarşı
döyüşənlərin hansısa üsyançı və qiyamçılar yox, Rusiya silahlı
qüvvələri olduğu bir daha aydınlaşdı:
“Strateji əhəmiyyət kəsb edən Mariupol şəhərinin raket atəşinə tutulması buna əyani sübutdur. Mariupolu işğal etmək Rusiyanın ələ keçirdiyi Krıma quru yolu açmaq planında önəmli bir bənddir və şəhərin yaşayış məhəllələrini raket atəşinə tutmaq da bu şəhəri işğalçı Rusiya qoşunlarını dəstəkləməyən əhalidən təmizləməyə hesablanıb. Belə görünür ki, yaxın günlərdə ABŞ və Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların daha da sərtləşdirilməsi qaçılmaz olacaq. Növbəti iki həftə ərzində Rusiyaya qarşı çox sərt sanksiyaların şahidi olacağıq. Məsələn, Rusiyanın beynəlxalq ödəniş sistemindən çıxarılması və ya bu sistemdə ona məhdudiyyətlər tətbiq edilməsi kimi. Bu isə onun bir dövlət olaraq çökdürülməsi demək olacaq”.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...