Yunanıstanda 12 alpinist itkin düşüb
Bizi izləyin

Dünya

Yunanıstanda 12 alpinist itkin düşüb

Yunanıstanın şimalında yerləşən Pieria dağlarında 12 nəfər türkiyəli alpinist itkin düşüb.

Türkiyə mediasının məlumatına görə, hələ ki, Avropa İttifaqının fövqəladə hallar xidmətinə zəng vuran alpinistlərin yerləşdikləri yerin dəqiq koordinatlarını müəyyənləşdirmək mümkün olmayıb.

İlkin ehtimala görə, alpinistlər Katerini şəhərindən 20 kilometr şimal-qərbə doğru irəlilədikdən sonra azıblar.

Alpinistlərin yerləşdikləri ərazidə tez-tez qar uçqunlarının baş verməsi onların həyatı üçün təhlükə riskini yaradır.

Axtarış–xilasetmə işlərinə başlanıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm