Dünya
Şok: Suriya cinayətində Almaniyanın əli var - Sənədlər
Almaniya şirkətlərinin uzun müddət Suriyaya kimyəvi silah istehsalında yardım etdikləri üzə çıxıb.
Axar.az xəbər verir ki, Almaniya şirkətlərinin Bəşər Əsədə
yardım etmələri barədə sənədlər də var. "Şpiqel" ("Spiegel")
jurnalı Suriya Prezidenti Bəşər Əsəd və atası Hafiz Əsədə 30 il
boyunca dünyanın ən böyük kimyəvi mərmilərini istehsal etmələri
üçün alman şirkətləri tərəfindən yardım edildiyini yazıb.
Suriyaya yardım edən alman şirkətlərinin siyahısı 16 aydır Almaniya
Baş naziri Angela Merkel və Baş nazir müavini Siqmar Qabrielin
masasında olduğu da iddialar arasındadır. Bu siyahının Almaniya
hökumətinə 2013-cü ildə Nobel sülh mükafatına layiq görülən və ötən
il BMT ekspertlərinin Suriyadakı kimyəvi silahları məhv etməsinə
yardım göstərən Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı
tərəfindən verildiyi qeyd olunub.
Siyahının Almaniya hökuməti tərəfindən "məxfi" olaraq
dəyərləndirildiyi və bu adların açıqlanmasının isə ölkənin xarici
siyasətinə zərər verəcəyi bildirilir.
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları