Ölkədə matəm: TŞ və Ali Rada toplandı, səfərlər təxirə salındı
Bizi izləyin

Dünya

Ölkədə matəm: TŞ və Ali Rada toplandı, səfərlər təxirə salındı

Ötən gün Mariupolda baş verən teraktda ikisi uşaq olmaqla 30 nəfərin ölməsi Ukraynanın matəm elan etməsinə səbəb olub.

Axar.az xəbər verir ki, matəmlə bağlı bütün Ukrayna ərazisində dövlət bayraqları endirilib. Xəbərdə bildirilir ki, yaralanan 93 nəfərdən 40 nəfərinin vəziyyəti olduqca ağırdır.

Mariupolun şəhər soveti Andrey Feday vəziyyətin yenə də ağır olaraq qaldığını və atışmanın davam etdiyini bildirib. O qeyd edib ki, 53 çoxmərtəbəli bina, 14 şəxsi ev, 4 məktəb və 3 uşaq bağçası ciddi zərər görüb, dükanlar və maşınlar yanıb.

Hazırda Ukrayna Prezidenti Poroşenko Təhlükəsizlik Şurasının toplantısını keçirir. Yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) başlayan iclasda mühüm qərarlar veriləcəyi gözlənilir. Ukrayna Ali Radası da bu gün fövqəladə yığıncaq keçirmək üçün deputatları toplayıb. Ali Rada üzvlərinə TŞ-da qəbul olunan qərarların müzakirəsinə hazır olmaq tapşırılıb.

Baltikyanı ölkələrdən Latviya Avropa Birliyi Şurasına müraciətlə Ukraynanın şərqindəki vəziyyətin təcili müzakirəsini xahiş edib.

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının sədri Turçinov isə bu gün Polşaya səfərini təxirə salıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm