Yunanıstanda həlledici seçkilər keçirilir
Bizi izləyin

Dünya

Yunanıstanda həlledici seçkilər keçirilir

Yunanıstanda ölkənin iqtisadi gələcəyini dəyişdirə biləcək yerli seçkilər keçirilir.

Publika.az xəbər verir ki, seçkilərin nəticəsindən asılı olaraq beynəlxalq maliyyə orqanlarının Yunanıstana yardım paketinin şərtlərinə yenidən baxıla bilər.

Solçu Syriza partiyasının lideri Alexis Tsipras Yunanıstanın böyük borcunu və bütün sərt qənaət tədbirlərini ləğv edəcəyini vəd edib.

Lakin hazırkı mühafizəkar Baş nazir Antonis Samaras deyir ki, qənaət tədbirləri effektivdir.

Samaras seçiciləri Yunanıstanı "fəlakət həddinə" gətirməməyə çağırıb.

Yunanıstan aldığı yardım paketinin əvəzinə büdcədə sərt qənaətlər etməli olub. Bu qənaətlər Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Mərkəzi Bankı (AMB) ilə müzakirələrdən sonra qərara alınıb.

2008-ci ildə başlayan beynəlxalq tənəzzüldən sonra ölkənin iqtisadiyyatı əsaslı surətdə daralıb.

Yunanıstanda seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-də açılıb (Bakıda 09:00) və axşam 19:00-da bağlanacaq.

Ölkənin 300 üzvlük parlamentinin tərkibini seçməyə 10 milyona yaxın adamın hüququ var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm