Qadınlar parlamentdə dava saldı - Video
Bizi izləyin

Dünya

Qadınlar parlamentdə dava saldı - Video

Əfqanıstan parlamentində qadın deputatlar arasında şiddətli dava düşüb.

Modern.az xəbər verir ki, fikir ayrılığına səbəb prezident Əşrəf Qəni Əhmədzayın Mərkəzi Bankın rəhbəri vəzifəsinə ikili vətəndaşlığı olan Xəlil Sedikin namizədliyinin irəli sürülməsi olub. Parlamentarların bəziləri onun iclasda iştirakının əleyhinə çıxıblar.

Söz mübahisəsi davaya keçəndə Aşağı Palatanın spikeri Abdul Raub İbrahimi namizəddən və davanın ən fəal iki iştirakçısından parlamentin zalını tərk etməyi xahiş edib. Buna qədər isə əlavə mühafizə qüvvələri çağırılıb.

İkili vətənaşlığı olan şəxslərin nazir vəzifələrinə namizədliklərinin təsdiqlənməsindən imtina parlamentin birgə komissiyasında qəbul edilib və müvafiq qətnamə parlamentin bu həftəki iclasında təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm