Luqanskda hərbi əməliyyatlara rusiyalı general başçılıq edir - FOTO
Bizi izləyin

Dünya

Luqanskda hərbi əməliyyatlara rusiyalı general başçılıq edir - FOTO

Rusiya Federasiyası Cənub hərbi dairəsinin 58-ci ordusunun qərargah müdiri, general mayor Sergey Kuzovlev Luqansk vilayətinin Popasnaya şəhəri yaxınlığında hərbi əməliyyatlara rəhbərlik edir.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna antiterror qərahgahının “Facebook” səhifəsində deyilir.

“Bizdə olan informasiyaya görə, Rusiya-terror qoşunlarının rəhbərliyi Popasnaya şəhəri yaxınlığındakı ərazidə Ukrayna ordusunun bölmələrinə qarşı hücum əməliyyatlarını həyata keçiririr. Rusiya Federasiyası Cənub hərbi dairəsinin 58-ci ordusunun qərargah müdiri, general mayor Sergey Kuzovlev əməliyyatlara birbaşa rəhbərlik edir”, - xəbərdə qeyd olunub.

Qeyd edək ki, dünən Mariupol şəhəri separatçıların güclü raket atəşinə məruz qalıb. Nəticədə 30-a qədər dincs sakin ölüb. Ukrayna prezidenti Pyotr Poroşenko sıralarında Rusiya vətəndaşlarının da olduğu terrorçular tərəfindən Mariupol şəhərinin atəşə tutulduğu barədə sübutların yer aldığı hesabatın sabah dərc ediləcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm