Dünya
ABŞ Hindistanla əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edib
ABŞ prezidenti Hindistanın baş nazirinin Asiya Sakit okeanı hövzəsinə yeni baxışı ilə razılaşdığını bildirib.
Publika.az-ın məlumatına görə, dehlidə keçirilən birgə mətbuat konfransında Barak Obama deyib ki, Narendra Modi ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib.
Hindistanın baş naziri Amerika ilə ölkəsi arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Modi ilə danışıqlardan öncə prezident Mahatma Qandinin abidəsi önünə əklil qoyub. Barak Obama Hindistanın Respublika Gününə qatılacaq ilk ABŞ prezidenti olacaq. Hər il yanvarın 26-da Hindistan 1950-ci ildə ölkə Konstitusiyasının qüvvəyə minməsi günü Respublika Günü kimi qeyd edir.
Bu səfər keçən il cənab Modinin Vaşinqtona səfəri zamanı razılaşdırılmışdı. Hindistan lideri prezident və birinci xanımı mərasimə qonaq kimi dəvət etmişdi.
Prezidentin Hindistana səfərinə ikitərəfli zirvə görüşü, ABŞ və Hindistan biznes liderləri arasında iqtisadi danışıqlar daxildir.
Barak Obama Tac Mahalı ziyarət etdikdən sonra yanvarın 27-də Səudiyyə Ərəbistanına səfər edəcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!