Netanyahu Obamanı saymadı
Bizi izləyin

Dünya

Netanyahu Obamanı saymadı

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresi və Ağ Ev arasında gərginliyə səbəb olan ABŞ səfəri ilə bağlı prezident Barak Obamaya üstüörtülü cavab verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Benyamin Netanyahu “İsrailin gələcəyini təminat altına almaq üçün dəvət edildiyim hər yerə gedəcəyəm” deyib.

Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib ki, İsrailin baş naziri olaraq İranın nüvə silahına sahib olmasına əngəl olmaq onun vəzifəsidir. İranla aparılan nüvə danışıqlarına toxunan Netanyahu imzalanması nəzərdə tutulan razılaşmanın bu ölkənin nüvə silahı əldə etməsini asanlaşdıracağını deyib. Baş nazir bunun isə ilk olaraq İsrailin təhlükəsizliyinə təhlükəyə olacağını dilə gətirib.

Qeyd edək ki, ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatasının başçısı Con Boxnerin İsrailin baş naziri Benyamin Netanyahunu “İran təhdidi” mövzusunda çıxış etməsi üçün Konqresə dəvət etməsi Ağ Evi qəzəbləndirib. Ağ Evin sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında dəvəti “bu, protokolu heçə saymaqdır. Liderləri yalnız liderlər dəvət edər” deyərək Boxberə cavab verib.

Con Boxner isə buna Konqresin özünün qərar verə biləcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm