Bakıda nəqliyyatın hərəkəti iflic oldu
Bizi izləyin

Qırmızı.az

Bakıda nəqliyyatın hərəkəti iflic oldu

Bakıda nəqliyyatın hərəkəti iflic olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, paytaxtın bir sıra küçə və prospektində tıxac var.

Hazırda Bakı-Sumqayıt və Binəqədi şoselərində üzü şəhər istiqamətində, Azadlıq prospektinin C. Xəndan küçəsi ilə kəsişməsində və Bakıxanov küçəsində tıxac var.

Z. Bünyadov prospektinin bir hissəsi bağlı olduğundan əsas yoldan “20 Yanvar” dairəsi istiqamətində, Həsən Əliyev küçəsindən TQDK-nın qarşısına doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Tbilisi prospektindən “20 Yanvar” dairəsi istiqamətində, Cavanşir körpüsünün üstü – Ü. Hacıbəyov küçəsi istiqamətində, Heydər Əliyev prospekti körpünün altı - əsas yol, Həsənoğlu küçəsindən 5 nömrəli xəstəxana istiqamətində və Statistika dairəsi – İnşaat prospektində, A. Cəlilov və Əziz Əliyev küçələrində avtomobillərin hərəkətində tıxac var.

NİİM-dən verilən məlumata görə, sürücülərə Tbilisi prospektinə alternativ olaraq H. Zərdabi, Heydər Əliyev prospektinə alternativ olaraq Babək prospekti A. Cəlilov küçəsinə alternativ olaraq Xocalı prospekti və Həsənoğlu küçəsinə alternativ olaraq Ə. Ağaoğlu və ya K. Rəhimov küçələrindən istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm