69 yaşlı müəlliməni kim döyüb? - məktəbin direktoru danışdı - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

69 yaşlı müəlliməni kim döyüb? - məktəbin direktoru danışdı - FOTO (YENİLƏNİB)

Bakıda Suraxanı rayonundakı orta məktəbin müəlliməsi 69 yaşlı Arifə Yusifovanın 33 yaşlı müəllim Quliyev Yaşar Ağa oğlu tərəfindən döyülməsilə bağlı ikincinin işlədiyi məktəbin direktoru danışıb.

Əmircan qəsəbəsi 154 saylı məktəbin direktoru Əli Əliyevin Publika.az-a bildirdiyinə görə, hadisə bir il əvvəl olub və bu, onların arasında olan ailə münaqişəsi ilə bağlıdır, problemin məktəblə heç bir əlaqəsi yoxdur:

“Yaşar Quliyev bizim məktəbdə tarix müəllimidir, həddindən artıq tərbiyəli, mərifətli adamdır. Döyüldüyü iddia olunan qadın isə onun böyük qardaşının qayınanasıdır. O, heç kimi vurmayıb, Yaşar müəllimin üzünə baxanda görünür ki, çox sakit, fağır insandır. Bu məsələdə müəllimin heç bir günahı yoxdur. 4-5 il əvvəl qardaşı arvadından boşanıb və aralarında ev bölgüsü problemi yaranıb. Yaşar müəllim heç bir qayda-qanunu pozmayıb. Mən bu məktəbdə 6 ildir işləyirəm, onun kimi tərbiyəli, başıaşağı adam görməmişəm”.

Hadisə ilə bağlı həmin işin araşdırıldığı Suraxanı rayon məhkəməsi ilə əlaqə saxladıq. Məhkəmədən Publika.az-a məsələ ilə bağlı tərəflərin razılığı olmadan ətraflı məlumat verilməsininin mümkün olmadığını bildirdilər. Yalnız onu öyrənə bildik ki, növbəti proses yanvar ayının 27-də saat 12-də baş tutacaq və məhkəmə açıq keçiriləcək.

Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci maddə ilə (qəsdən sağlamlığa yüngül xəsarət vurma) sona çatdırılıb.

Gülnar Əliyeva

Vazeh

***

Bakıda kişi müəllim xanım həmkarını ölümcül döyüb.

Publika.az-ın məlumatına görə, Suraxanı rayonundakı orta məktəbin müəllimi tərəfindən döyülən 69 yaşlı müəllimə Yusifova Milli.Az-a müraciət edib:

“45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir”.

“Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxılır. Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”, - deyə şikayətçi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm