Dünya
Amerikalı milyarderdən hədə: “Obamanın yerini tutmaq niyyətindəyəm”
Amerikalı milyarder Donald Tramp prezident postu uğrunda mübarizəyə qoşulmaq niyyətindədir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarder bu barədə Respublikaçılar Partiyasının Ayova ştatında keçirilən toplantısında bildirib.
“Mən prezident postuna namizəd olmaq barədə ciddi fikirləşirəm”, - Tramp deyib.
O qeyd edib ki, respublikaçılarda özündən başqa layiqli namizəd görmür. Mitti Romninin 2012-ci ildə Barak Obamaya uduzduğunu xatırladan milyarderin fikrincə, həmin il seçkilərdə qalib gəlmək mümkün idi. ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşun qardaşı, Florida ştatının qubernatoru Ceb Buş haqqında danışan Tramp növbəti bir Buşun prezidentliyinə qarşı olduğunu dilə gətirib. Milyarder onu miqrantlar və təhsillə bağlı mövqeyinə görə tənqid edib.
Qeyd edək ki, milyarder 2008 və 2012-ci illərdə prezident postu uğrunda mübarizəyə qoşulacağını bildirsə də, sonradan fikrini dəyişib.
Ömər Dağlı
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO