Mirmahmud Mirəlioğlu Mili Şura rəhbərliyindən uzaqlaşdırıldı
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu Mili Şura rəhbərliyindən uzaqlaşdırıldı

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın rəhbərliyindən uzaqlaşdırılıb.


Publika.az xəbər verir ki, ötən həftənin sonunda Milli Şuranın növbəti sessiyasında KXCP sədri Mirhamud Mirəlioğlu qurumun Koordinasiya Mərkəzinə seçilməyib.

Sessiyada Koordinasiya Mərkəzinə növbəti seçkilər keçirilib. Seçkidə M. Mirəlioğlunun namizədliyi irəli sürülməyib və avtomatik olaraq o, təmsilçiliyini itirib.

KXCP-dən Koordinasiya Mərkəzinə Milli Şuranın sədri Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev seçilib.


M. Mirəlioğlu Publika.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib.


“Mən sessiyada iştirak etməmişəm. Ona görə də məsələdən xəbərsizəm. Mənim üçün bunun elə də fərqi yoxdur”, - deyə partiya sədri vurğulayıb.


Qeyd edək ki, KXCP Milli Şuranın üzvü olsa da, faktiki olaraq qurumda təmsil olunmur. M. Mirəlioğlu qurumun heç bir iclasında, sessiyalarında iştirak etmir. Onun rəhbərlikdən uzaqlaşdırılması gözlənilən idi.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm