Moryentes də böyük futbola qayıtdı, amma pul qazanmağa görə yox
Bizi izləyin

İdman

Moryentes də böyük futbola qayıtdı, amma pul qazanmağa görə yox

“Real”da və “Liverpul”da çıxış etmiş Fernando Moryentes böyük futbola qayıdır.

Publika.az xəbər verir ki, 5 il əvvəl karyerasını bitirən Moryentes İspaniyanın dördüncü divizionunda çıxış edən “Santa Ana” klubu ilə müqavilə imzalayıb. Fernando qərarını belə izah edib:

“Məqsədim həzz almaqdır. Mən qarşıma qol vurmaq və oyun vaxtı baxımından heç bir vəzifə qoymuram. Bu, mənə bazar günlər vaxt öldürməyə və fiziki formamı saxlamağa, özümü gənc hiss etməyə imkan verəcək”.

Moryentes karyerasının böyük hissəsini “Real”da keçirib. O, “Kral klubu”nun heyətində 3 dəfə Çempionlar Liqasını, 2 dəfə İspaniya çempionluğunu qazanıb. Son illərdə o, məşqçi kimi fəaliyyət göstərib, “Real”ın 17 yaşlı futbolçularını çalışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm