Nida.az
Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan qovuldu - QARŞIDURMA
Müsavat Partiyasının tanınmış fəallarından olan Ənvər Əhməd partiya sıralarından xaric edilib.
Publika.az-a açıqlamasında Ə. Əhməd qeydiyyatda
olduğu Sumqayıt şəhər təşkilatı şurasının qərarı ilə partiyadan
xaric edildiyini bildirib.
“Səbəb kimi partiyanın ideoloji xəttinə zidd fikirlər
səsləndirdiyimi göstərirlər. Lakin mən qurultayın nəticələrini
legitim hesab etmədiyim üçün bu addımı atdılar. Çıxarılmağımla
bağlı qeyri-legitim hesab etdiyim MNTK-ya və Məclisə şikayət
etməyəcəm”, - deyə o bildirib.
Qeyd edək ki, Ə. Əhməd Qubad İbadoğlunun təsisçisi olduğu
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil
olunur.
ADR üzvü, eyni səbəblərlə Müsavatdan çıxarılan Səxavət Əlisoy
Publika.az-a açıqlamasında Ə. Əhmədin
saxtakarlıqla barışmadığı üçün partiyadan çıxarıldığını deyib:
“Ənvər Əhməd yox, saxtakar Arif Hacılı Müsavat Partiyasından xaric
edilməlidir. Bu adam özünü raykom katibi kimi aparır, özünü və
patronunu qəbul etməyənləri partiyadan kənarlaşdırır. Adam anlamaq
istəmir ki, fikir ayrılığına görə kimisə cəzalandırmaq olmaz.
Plüralizmi həzm etməyən kəsin özünü demokrat adlandırması
biabırçılıqdır”.
Onun sözlərinə görə, Müsavat anti-demokrat zehniyyətə sahib olan
adamların əlindədir.
“Ənvər Əhməd saxtakarlıq edib? Etdiyi saxtakarlığa rəğmən, Müsavatı
parçalamağa məruz qoyub? Partiyada avtoritar mühit formalaşdırıb?
Yaxud intriqaların və maliyyə fırıldaqlığının başında dayanıb?
Vicdanı olan kəs bu suala obyektiv cavab verməlidir”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK