Avropada futbol həyəcanı: “Arsenal” titula doğru, İspaniyada futboldan çox kobudluq, “Qızıl top”a yeni namizəd - VİDEO
Bizi izləyin

İdman

Avropada futbol həyəcanı: “Arsenal” titula doğru, İspaniyada futboldan çox kobudluq, “Qızıl top”a yeni namizəd - VİDEO

Ötən həftəsonu Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı oyunlar oldu. Amma bir az irəli gedib deyək ki, nəticələrdən çox kobudluqlar daha çox diqqət çəkdi.

İngiltərə: “Arsenal” bir çoxlarından fərqli olaraq, cari mövsümdə titul qazanmağa həvəslidir. İngiltərə kubokunda 1/8 finala yüksələn Arsen Vengerin yetirmələri turnirin əsas favoritinə çevrilib. Kubokda sensasiya limiti şənbə günü dolmuşdu - “Çelsi”, “Tottenhem” və “Mançester Siti” kubokla vidalaşanda. Odur ki, dünənki oyunlarda səviyyə fərqi öz sözünü dedi. Premyer Liqa klubları turu adladı.

İngiltərə Federasiya kuboku, 1/16 final

24 yanvar

Sanderlend - Fulhem 0:0

Sautqempton - Kristal Pelas 2:3

Preston - Şeffild Yunayted 1:1

Mançester Siti - Middlsbro 0:2

Derbi - Çesterfild 2:0

Çelsi - Bredford 2:4

Kardiff Siti - Ridinq 1:2

Birmingem - Vest Bromviç 1:2

Liverpul - Bolton 0:0

25 yanvar

Bristol Siti - Vest Hem 0:1

Aston Villa - Burnemot 2:1

Brayton - Arsenal 2:3

İspaniya. La Liqada 20-ci tur futboldan başqa hər şeylə yadda qaldı. Turun mərkəzi qarşılaşması dramatik oyun əvəzinə mənasız qayda pozuntularına, kobudluqlara və təxribatlara səhnə oldu. Qısa icmal belədir ki, “Valensiya” - “Sevilya” matçında baş hakim Santyaqo Latre 3 penalti təyin etdi və 11 dəfə əlini cibinə saldı (sarı vərəqə üçün). Bu amansız qarşıdurmada “yarasalar” daha soyuqqanlı oldu və qələbə qazandı (3:1). Qonaqların heyətində Karlos Bakka penaltidən yararlana bilmədi. “Valensiya”nın qapıçısı Dieqo Alves penalti ustası sayıla bilər - o, son iki mövsümdə 12 cəhddən 5-də uğurlu olub.

Daha bir qalmaqal isə turun ilk oyununda qeydə alınıb. “Kordoba”nın qonağı olan “Real” çətinliklə qələbə qazansa da, liderini itirib. Əsəblərini cilovlaya bilməyən ötən ilin ən yaxşı oyunçusu Kriştiano Ronaldo futbolçuya yaraşmayan (özünə heç yaraşmayan) hərəkətinə görə 82-ci dəqiqədə meydandan qovulub. Onu ciddi cəza gözləyir.

La Liqa, 20-ci tur

24 yanvar

Kordoba - Real 1:2

Elçe - Barselona 0:6

Atletiko - Rayo Valyekano 3:1

Real Sosyedad - Eybar 1:0

Vilyarreal - Levante 1:0

25 yanvar

Deportivo - Qranada 2:2

Atletik - Malaqa 1:1

Espanyol - Almeriya 3:0

Valensiya - Sevilya 3:1

“Xetafe” - “Selta” oyunu bu gün keçiriləcək.

İtaliya. Görəsən, Pol Poqba yeni ildə ürəyində nə arzu tutub? Onun arzusu futbolla və ya “Qızıl top”la bağlı olsaydı, yəqin ki, çin olardı. Yanvarda A seriyası bambaşqa Poqba izləyir. “Yuventus”un 21 yaşlı dayaq yarımmüdafiəçisinin daha texnikalı, güclü və gözlənilməz keyfiyyətləri üzə çıxıb. Bir ara lider problemi yaşayan “Qoca sinyora” artıq bu boşluğu hiss etmir. Gündən-günə qiyməti artan fransız futbolçu komandanın liderinə çevrilib. Bazar günü “Kyevo”nun futbolçuları bunu üzərilərində hiss etdi. “Yuventus Stedium”a toplaşanlar isə 90 dəqiqə dayanmadan “Poqba satılmır” sədalarını kəsmədi. “Fiorentina”yla “Roma”nın sülh bağlamasından sonra (1:1) “Yuve”nin ən yaxın izləyicisiylə xal fərqi 7-yə yüksəldi.

A seriyası, 20-ci tur

24 yanvar

Kalyari - Sassuolo 2:1

Latsio - Milan 3:1

25 yanvar

İnter - Torino 0:1

Yuventus - Kyevo 2:0

Parma - Çezena 1:2

Sampdoriya - Palermo 1:1

Verona - Atalanta 1:0

Fiorentina - Roma 1:1

“Empoli” - “Udineze” və “Napoli” - “Cenoa” matçları bu gün keçiriləcək.

Fransa. “Lion” uzun aradan sonra çempionluq yarışına qoşulub. Turun açılış oyununda məğlub olan “Marsel” “şirlər”i özündən xeyli irəli buraxdı. Ardıcıl 7 oyundu qələbə qazanan “Lion” son 5 oyunda ümumiyyətlə, qapısından top buraxmayıb. Komandanın “qol maşını”na çevrilən Aleksandr Lakazetta son 6 oyunda 10 qol vurub və hazırda 21 topla Liqa-1-in ən sərrast futbolçusudur.

Liqa 1, 22-ci tur

23 yanvar

Nitsa - Marsel 2:1

24 yanvar

Lill - Monako 0:1

Bastiya -Bordo 0:0

Genqam - Loryan 3:2

Monpelye - Nant 4:0

25 yanvar

Evyan - Tuluza 1:0

Lion - Mets 2:0

Reyms - Lans 0:0

Renn - Kan 1:4

Sent-Etyen - PSJ 0:1

Türkiyə. Superliqada qış fasiləsi başa çatdı. Tətildən kimin necə faydalandığını 17-ci turun oyunlarında görmək olar. İstanbul nəhəngləri və “Trabzonspor” rahat qələbə qazandı. “Beşiktaş” liderliyini qaytarmaq istəyirsə, bu gün “gənclər”in önündə büdrəməməlidir.

Superliqa, 17-ci tur

23 yanvar

Konyaspor - Bursaspor 2:3

Trabzonspor - Sivasspor 3:1

24 yanvar

Başakşəhər - Mersin 2:2

Qaziantepspor - Balıkəsirspor 1:0

Akhisar - Əskişəhərspor 2:2

Kasımpaşa - Fənərbaxça 0:3

25 yanvar

Karabükspor - Ərciyəsspor 1:2

Qalatasaray - Rizəspor 2:0

“Gənclərbirliyi” - “Beşiktaş” oyunu bu gün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm