Orta məktəblərdə uşaqların məktəbəqədər hazırlığı təşkil olunacaq
Bizi izləyin

Qırmızı.az

Orta məktəblərdə uşaqların məktəbəqədər hazırlığı təşkil olunacaq

Azərbaycanda 1-ci sinfə gedəcək uşaqların məktəbəqədər hazırlığı məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də təşkil olunacaq.

Publika.az xəbər verir ki, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, bu istiqamətdə müəyyən işlərin aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, əsas məsələ uşaqların eyni bacarıq və səriştə ilə məktəbə qədəm qoymasıdır. Uşaqların məktəbə hazırlığı bir qayda olaraq, məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. Ancaq bu gün mövcud məktəbəqədər müəssisələrin hamısında məktəbəhazırlıq qrupları yoxdur.

O bildirib ki, Bakının seçilmiş 89 məktəbində məktəbə hazırlıq qrupları yaradılıb. Gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsilin 1 il icbari olması nəzərdə tutulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm