Prezidentin karikaturasına görə qətlə yetirilən qadın rəssam - - FOTO
Bizi izləyin

Cinayət dünyası

Prezidentin karikaturasına görə qətlə yetirilən qadın rəssam - - FOTO

Qızı sağ qalsa da, o, ömürlük görmə qabiliyyətini itirdi.

İyirmi il bundan qabaq Səddam Hüseyn rejimi vaxtı, iraqlı rəssam Leyla əl-Əttar, o dövrün ABŞ prezidenti ata Corc Buşun karikaturasını çəkdi. Rəsm əsəri Bağdadda yerləşən "Rəşid" mehmanxanasının girişində yerləşdirilmişdi. Şəklin sərgiləndiyi məkan da təsadüf nəticəsində seçilməmişdi. Çünki "Rəşid" beynəlxalq konfransların keçirildiyi, yüksək vəzifəli siyasətçilər və ictimai xadimlərin qaldığı mehmanxana olub.

Nəyə görə, İraq hökuməti bu addıma əl atmışdı? Çünki Corc Buş, Fars körfəzində baş verən müharibə zamanı 1991-ci il fevralın 13-də əl-Əmiriyyə bomba sığınacağına hücum etmək əmrini verən cani idi. ABŞ-ın hava qüvvələrinin açdığı atəş nəticəsində 408 dinc sakin həlak oldu.

Mehmanxananın girişindəki karikatura ABŞ inzibati və hərbi qüvvələrinin narazılığına səbəb oldu. Ona görə də, 1993-cü ildə ABŞ hökuməti tərəfindən başqa bir göstəriş daxil oldu: karikaturanın müəllifi Leyla əl-Əttarın evini gecə ikən atəşə tutmaq. ABŞ-ın hərbi qüvvələri rəssamın evini xarabalığa çevirərək Leylanın ailə üzvlərini dağıntılar altında qoydu.

O zaman bunun nə üçün edildiyi haqda sual verilmədi. Bəs söz azadlığı hanı? Məhkəmə hökmü olmadan rəssamın qətlə yetirilməsi haqda qayda-qanun hanı? Rəssamın və ailə üzvlərinin günahı nədir?

Heç bir KİV bu məsələni qaldırmadı.

Əslində, bu, Leylaya qarşı edilən ikinci sui-qəsd idi. Birinci dəfə, ABŞ hərbi qüvvələri 1991-ci ildə onun evinə atəş açdı. Lakin Leyla sağ qala bilmişdi. 1993-cü ildə edilən ikinci həmlə zamanı Leyla və həyat yoldaşı öldürüldü... Leylanın qızı sağ qalsa da, o, ömürlük görmə qabiliyyətini itirdi.

Bundan əlavə, ABŞ hərbi qüvvələri karikaturanın sərgiləndiyi "Rəşid" mehmanxanasını da uçurmağı unutmadı. ABŞ qüvvələri vətəndaşlara ziyan vurmaqla mehmanxananın dağıdılmasına özünəməxsus şəkildə bəraət qazandırdı: sən demə, ABŞ otelin yaxınlığında yerləşən binaya atəş açırmış. Və qəfildən raket mehmanxanaya çırpılıb.

Bəs Leyla kim idi? Leyla əl-Əttar 1940-cı ildə İraqda dünyaya gəlib. 1965-ci ildə Bağdad İncəsənət Akademiyasını bitirdikdən sonra Leyla İraqın 5 qadın rəssamından biri olaraq öz əsərlərini ölkə daxilində və xaricdə nümayiş etdirirdi.

O, öz sənət əsərlərində "Gilqamus" dastanını, 4 min il əvvəl yaşamış Mesopotamiya çarı Uruku, Ədən bağını, Adəm və Həvvanı, qeyri-gerçək olan dünyanı təcəssüm etdirərdi.

Əl-Əttarın ölümü ilə bağlı İraq sakinləri yas saxladılar. Çünki siyasi ideologiyanın hüdudlarını aşan və bəşəriyyəti təmsil edən insan qətlə yetirilmişdi. Leyla əl-Əttar qadın və ana olmaqla yanaşı, cəsarətlə ABŞ hegemonluğuna iradını bildirən insan idi. Əbəs yerə Leyla İraqın simvolu adlandırılmayıb.

İraqın məşhur rəssamı olan Leylanın bacısı Suad onun xatirəsini əbədi tutaraq bu günədək yaşadır və ictimaiyyəti onun sənət əsərləri ilə tanış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm