Kadırov danışdı: “Avropadan üz döndərin”
Bizi izləyin

Dünya

Kadırov danışdı: “Avropadan üz döndərin”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Rusiya vətəndaşlarına müraciət edib.

Publika.az xəbər verir ki, Kadırov “Instagram” səhifəsində rusiyalıları xarici kurortlardan imtina etməyə və Rusiyada dincəlməyə çağırıb.

“İstirahət etmək üçün bizə Avropa lazım deyil. Bunun üçün Avropadan da gözəl təbiətimiz və iqlim şəraitimiz var. Hamı üzünü Vətəninə çevirməli və öz Vətəninə inanmalıdır”, - prezident vurğulayıb.

Qeyd edək ki, son vaxtlar rublun dəyərinin düşməsi fonunda rusiyalıların ayrı-ayrı turizm istiqamətləri üzrə səyahətləri 50-70 faiz azalıb. Vətəndaşların əhəmiyyətli hissəsi yeni il tətilini Rusiyada keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm