Qırmızı.az
Aslan Aslanovdan ittihamlara cavab: "Məni bağışlayın..."
Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın ana olması ilə bağlı qalmaqal davam edir.
Məhkumun həbsxanada zorlanması xəbəri və bunu Aslan Aslanovun qisasçılıq məqsədi ilə etdirməsi fikri sabiq nazir müavinini yenidən gündəmə gətirib. Bu günlərdə mətbuatda L.Quliyevanın əxlaqsız olması ilə bağlı yayılan xəbərlər isə daha çox Aslanovun hücumu, qara-piarı kimi qəbul edilib və onu qınaq hədəfinə çevirib.
Bəs görəsən, kifayət qədər ağır olan bu ittihamlara, cəmiyyətdə
formalaşan bu fikirlərə Aslan Aslanov özü nə deyir?
Qarşı tərəfin mövqeyini öyrənməkdən ötrü AZNEWS.AZ-ın əməkdaşı
ittiham olunan şəxslə əlaqə yarada bilib. Amma cənab Aslanov heç
bir sualı cavablandırmayıb: «Mən heç bir suala cavab
verməyəcəm. Çox sağ olun ki, məni yada salmısız, mənim də mövqeyimi
öyrənmək istəmisiz. Amma bağışlayın, mən
danışmayacam».
A.Aslanov bu cür ağır cinayətdə adının hallanmasından, ictimai
qınağa tuş gəlməsindən narahat olub-olmaması ilə bağlı suala isə
belə cavab verib: “Bu, mənlik məsələ deyil”.
Keçmiş nazir müavini indi işlərinin necə olması barədə də
danışmaq istəməyib: “İndi başqa yerdəyəm, danışammıram,
sonra zəngləşərik… ”
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə
həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)
maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar
Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı
(Sonradan Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb)
Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə
Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə
azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L. Quliyevanın barəsində
317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının
normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Həbs olunan şəxslərə həbsxanada mənəvi və fiziki işgəncələr
verdirməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yayılıb.
Bu il isə L.Quliyevanın uşaq dünyaya gətirməsi xəbəri yayılıb. Uşağın atasının kim olması, onun hansı şəraitə hamilə qalması ilə bağlı olan müəmmalara isə hələ ki, aydınlıq gətirilməyib.
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti