Şahzadənin rus əsilli sevgilisi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şahzadənin rus əsilli sevgilisi - FOTOLAR

Böyük Britaniya mətbuatının gündəmində yeni bir xəbər yer alıb: kraliça II Yelizavetanın nəvəsi və həsəd aparılan subay kişilər siyahısına başçılıq edən Harri yenidən aşiq olub.

Publika.az xarici mətbuata istindən xəbər verir ki, şahzadə Harri keçən ilin aprel ayında sevgilisi Kressida Bonasdan ayrılıb. İndiyədək sevgilisiz olan 30 yaşlı Harri, görünür, şahzadəsini tapıb. Onun budəfəki seçimi isə rus əsilli alman modeli Yekaterina Quseva olub.

Şahzadənin qəlbini fəth edən 23 yaşlı gözəlçə Almaniyanın Frankfurt şəhərində yaşayır. Qız bir sıra model agentlikləri ilə işləyərək reklam və jurnallar üçün çalışır. O, Harri ilə 2014-cü ilin noyabr ayında keçirilən tədbirlərin birində tanış olub. Elə o vaxtdan da cütlük görüşməyə başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm