Niyaməddin Orduxanlı: “Neftin uçuzlaşmasına Əli Kərimli sevinir”
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Neftin uçuzlaşmasına Əli Kərimli sevinir”

“Əli Kərimli 2013-cü ildə Rusiyanın yaratdığı Milli Şura layihəsinin əsas aparıcı adamı olub.

Bu adam Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyirdi. İndi isə bütün imkanlarını işə salıb ki, keçən il Rusiyanın tapşırıqlarını yerinə yetirdiyini xalqa, Qərb dairələrinə unutdursun. “Azadlıq” qəzetində və sosial şəbəkədə yaydığı yazılardan da açıq görünür ki, neftin uçuzlaşmasına uşaq kimi sevinir. Düşünür ki, neft ucuzlaşdıqdan sonra ölkədə ciddi sosial narazılıq yaranacaq və o, bu narazılıqdan istifadə edib sosial partlayış edəcək. Bütün təblığatını buna yönəldib. Elə bilir ki, ölkədə sosial partlayış olsa, hakimiyyətə gələ biləcək”.

Bunu mətbuata şərhində BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bir il qabaq Əli Kərimli Rusiya prezidenti Vladimir Putini demokrat adlandırıb: “Milli Şura vasitəsi ilə Putini “ən böyük demokrat” adlandıran Əli Kərimli deyildi? Heç bir il keçməyib. Əli Kərimli elə bilir ki, xalq bunu unudub? İndi nə baş verib ki, bütün günü Rusiyanın əleyhinə danışırsan? Nə tez unutdun Putinə yazdığınız "şanlı” məktubu?! Əli Kərimli indi də özünü təzədən “qərbyönümlü” siyasətçi kimi göstərmək istəyir. Ancaq unudur ki, Qərb Əli Kərimliyə sona qədər inanmaq mümkün olmadığını yaxşı bilir. İstənilən vəziyyətdə öz mövqeyini dəyişir. Bu adam İran molla rejiminin dəstəyini almaq üçün molla da olmağa hazırdır. Məhz bu cür mövqeyinə görə Əbülfəz Elçibəyin yaratdığı AXC-dən onun yanında bir nəfər də olsun qalmayıb. Elçibəy dünyasını dəyişəndən sonra AXCP-nin ən ali orqanı olan Rəyasət Heyətinin 19 nəfər üzvü, Elçibəyin bütün müavinləri, müşavirləri Əli Kərimlinin yanından istefa verib getdi. Hər kəsə xəyanət etməyi bacaran bu adamla uzun yol getmək mümkün deyil. Xatırlayırsınızsa, 2001-ci ildə mərhum prezident Heydər Əliyev Ki Vestdə (ABŞ) Ermənistan prezidenti Robert Köçəryanla Qarabağla bağlı danışıqlar aparırdı. O vaxt Azərbaycan müxalifəti Bakıda mitinq təşkil etmişdi. ABŞ-ın Azərbaycandakı o zamankı səfiri Əli Kərimli ilə görüşüb həmin mitinqi təxirə saldırdı. Əli Kərimli dərhal səfirin tapşırığını icra etdi. Azərbaycan müxalifətinin mitinq təşəbbüsünün qarşısını məhz Əli Kərimli aldı”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Əli Kərimlinin neftin ucuzlaşmasına sevinci barədə də danışıb: “Azərbaycan elə ölkələrdəndir ki, onun dövlət büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlə dolur. Buna neçə sevinmək olar?! Bu budcə Azərbaycan xalqının yaşayış səviyyəsini artırmaq üçündür. Bu vəsait hesabına təqaüdçülərə, həkimlərə, müəllimlərə, aztəminatlı ailələrə, əlillərə, tələbələrə pul verilir. Azərbaycan ordusuna böyük həcmdə maliyyə vəsaiti ayrılır. Ərazisinin bir hissəsi işğal altında olan ölkənin ordusu gücləndirilir. Artıq Azərbaycan ordusu ən inkişaf etmiş ordular siyahısına daxil edilib.

Evi olmayan yüz minlərlə qaçqın soydaşımıza dövlət büdcəsi hesabına evlər tikilir. Bütün bunlar neftdən gələn gəlir hesabına olur. Məncə, buna həm düşmənimiz ermənilər, həm də dediyim kimi, Əli Kərimli sevinir. Əli Kərimli düşünür ki, neft ucuzlaşdıqdan sonra ölkədə ciddi sosial narazılıq yaranacaq və o, bu narazılıqdan istifadə edib sosial partlayış edəcək. Bütün təblığatını buna yönəldib. Elə bilir ki, ölkədə sosial partlayış olsa hakimiyyətə gələ biləcək. Ancaq undur ki, heç bir inqilab xalqa xeyir gətirmir. 2011-ci ildən indiyə kimi yaxın Şərqdə baş verən inqilablara baxın. Ölkələr xarabalığa çevrilib. Yüz minlərlə insan günahsız yerə qətlə yetirilib. Ölkə iqtisadiyyatı çöküb. Şəhərlər dağılıb, viran qalıb. Artıq bu ölkələrdə tayfa, ailə davaları gedir. Ən azı bu ölkələrin iqtisadıyyatına milyardlarla dollar ziyan dəyib. Ölkənin yenidən qurulması üçün milyardlarla dollar vəsait lazım olacaq. Demək olar ki, inqilab baş vermiş ölkələrin özünə gəlməsi üçün 50 il vaxt lazım olacaq. Azərbaycan toplumu da bunu çox yaxşı bilir. Boş yerə sevinməsin...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm