Putindən ukraynalı fərarilərə kömək vədi
Bizi izləyin

Dünya

Putindən ukraynalı fərarilərə kömək vədi

Rusiya prezidenti Vladimir Putin Kiyevin hərbi səfərbərlik planına zərbə vurmaq niyyətindədir.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, Kreml lideri Ukrayna vətəndaşlarının Rusiya ərazisində olma müddətinin uzadılması imkanına baxır.

Xəbər agentliyinin məlumatına görə, Putinin “kömək əli” uzadacağı Ukrayna vətəndaşlarının çoxu səfərbərlik siyahısında yer alan şəxslərdir. “Ukraynanın bir çox vətəndaşları artıq səfərbərlikdən yayınır, Rusiyaya köçməyə və burada daha çox yaşamağa çalışırlar. Və bunu düzgün edirlər, çünki onları ölkələrində topların və güllələrin qabağına itələyirlər”, - Putin bildirib.

Putin xatırladıb ki, ukraynalıların Rusiyada olma müddəti qanunla məhdudlaşdırılıb: “Ukrayna vətəndaşları Rusiya Federasiyasının ərazisində 30 gündən çox qala bilmirlər. Onlar ölkələrinə qayıdırlar və güllələrin qarşısına göndərilirlər. Yəqin ki, biz buna görə nəyisə dəyişdirəcəyik”.

Qeyd edək ki, yanvarın 20-də Ukraynada səfərbərliyin üçüncü dalğası başlayıb. Onun birinci mərhələsi üç ay davam edəcək. Bir il ərzində 104 min insan səfərbər edilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm