Həbsxanada ŞOK: heroin qənd, üzqırxan telefon
Bizi izləyin

Qırmızı.az

Həbsxanada ŞOK: heroin qənd, üzqırxan telefon

Bu gün cəzaçəkmə müəssisəsinə yaxınları ilə görüşə gələnlərin qanunsuz əməlləri hər kəsi şoka salıb.

Publika.az xəbər verir ki, 3 saylı İstintaq təcridxanasına telefon, 2 saylı cəzaçəkmə müəsisəsinə narkotik maddə keçirmək üçün elə bir yola əl atılıb ki, məhbus yaxınlarının fantaziyasına heyrətlənməmək mümkün deyil.

Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu - Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman sovqatda olan “ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, H.Tahirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən həbs edilib.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bacısı oğlu - Bakı şəhər sakini Samir Cəmil oğlu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki qış gödəkçəsinin sağ cibində gizlədilmiş, daxilində “Sim” və “Cin” danışıq kartları olan 1 ədəd “Samsung” və daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Iphone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qəndin içini ovub heroin doldurdular

Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı - Bakı şəhər sakini vətəndaş Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi xalis çəkisi 2,14 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm