Mariupol Rusiya üçün niyə qiymətlidir? – Putinin şok planı
Bizi izləyin

Dünya

Mariupol Rusiya üçün niyə qiymətlidir? – Putinin şok planı

Donetsk aeroportunun ələ keçirilməsindən sonra Mariupol şəhərinin güclü artilleriya atəşinə məruz qalması separatçıların növbəti hədəfinin sözügedən şəhər olacağı barədə fikirlərin ortaya çıxmasına səbəb oldu.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, ekspertlər Mariupol şəhərini separatçılar və onları dəstəkləyən Rusiya prezidenti Vladimir Putin üçün qiymətli edən cəhətlərdən danışıb.

Ukrayna ordusunun istefada olan general-mayoru, Atlantik Şurasının prezidenti Vadim Qreçaninov hesab edir ki, Donetsk vilayətinin Mariupol şəhəri bir neçə səbəbə görə Rusiyanın hərbi ekspansiyası üçün əhəmiyyət daşıyır: “Mariupol dənizə çıxışdır. Bundan başqa, şəhər ölkənin içinə, Odessa və Nikolayev istiqamətinə gedən yolun üzərində yerləşir. Mariupol həm də Krıma nəzərdə tutulanquru dəhlizin bir hissəsidir”.

Avroatlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziyin fikrincə, Mariupolun sənaye mərkəzi olması və Krıma quru dəhlizi üzərində yerləşməsi şəhərin Putin üçün əhəmiyyətini artırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm