Avropa Şurasında Zyuqanova hücum olub
Bizi izləyin

Dünya

Avropa Şurasında Zyuqanova hücum olub

Rusiya Kommunist Partiyasının sədri, Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gennadi Zyuganov deyib ki, ona və müavininə Strasburqda hücum olub.

"İki nəfər yaxınlaşıb bizi itələməyə və rus dilində Ukrayna haqda nəsə deməyə başladılar" - deyə Zyuganov gileylənib.

Ukraynalı deputat Dmitry Linko öz Facebook səhifəsində yazıb ki, Zyuganova yaxınlaşıb Rusiyanın ukraynalı pilot Savchenkonu azad etməsinə çağıranlardan biri o olub. Digəri isə başqa bir ukraynalı deputat Artyom Vitko.

Savchenko Ukraynanın şərqində tutulub və indi Moskvada saxlanır. Onu Rusiyalı jurnalistlərin ölümündə suçlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm