Dövlət rəsmisi xarici səfərə arvadının paltosunda getdi
Bizi izləyin

Dünya

Dövlət rəsmisi xarici səfərə arvadının paltosunda getdi

Qana Milli Demokratiya Konqresi partiyasının baş katibi Johnson Asiedu Nketia Almaniyaya rəsmi səfərə arvadının paltosunda gedib.

Publika.az xəbər verir ki, baş katib səfərdə sarı rəngli xəzli paltoda nəzərə çarpıb.

Qadın paltosu ilə bağlı mövzu sosial media istifadəçiləri və siyasətçinin həmkarları tərəfindən tənqid və rişxəndli şərhlərə səbəb olub.

Nketia deyib ki, Almaniyada onun geyiminə fikir verən olmasa da, Qana müxalifəti hadisəni hökumətin "çaş-baş qalmasına" dəlalət edən daha bir sübut kimi qələmə verməyə çalışıb.

Lağa qoyulmasını yumorla qarşıladığını deyən Qana rəsmisi olaya əhəmiyyət vermədiyini bildirib. O deyib ki, hər bir rəsmi səfərə yollanarkən biliyini "moda nümayişinə yox, ölkəsinə köməyə" sərf etməlidir və o ötəri səfərlər üçün yeni palto almağa əsəs görmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm