“Facebook” və “İnstagram” qayıtdı - SON DƏQİQƏ (YENİLƏNİB)
Bizi izləyin

Texnoloji

“Facebook” və “İnstagram” qayıtdı - SON DƏQİQƏ (YENİLƏNİB)

Bir neçə dəqiqə öncə “Facebook” və "İnstagram” sosial şəbəkələri fəaliyyətini bərpa edib. Xatırladaq ki, iyun ayında analoji problem "Facebook"a 500 milyon dollar ziyan vurmuşdu.

***

“Facebook” və "İnstagram” sosial şəbəkələri işləmir. Saat 09:30-dan sosial şəbəkələrə daxil olmaq mümkün deyil.

Analoji hadisə 2014-cü ilin avqust ayında da baş vermişdi. O zaman bütün dünyada bu şəbəkəyə girişdə çətinlik yaranmışdı.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov Publika.az-a açıqlamasında sosial şəbəkələrdə yaranmış problemin Azərbaycanla bağlı olmadığını deyib:

“ Sosial şəbəkədəki problemin səbəbi ölkədaxili deyil. Çünki hazırda istifadəçilər digər saytlara asanlıqla daxil ola bilir. Yəqin ki, sosial şəbəkələr problemin səbəbini araşdırıb, istifadəçilərinə məlumat verəcək”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm