Nida.az
Hacıbəylidən AXCP-yə ittiham: “Yadigar Sadıqlı İctimai Palatadan çıxandan sonra...”
“Müsavat Fuad Qəhrəmanlının təmsil olunduğu partiyadan fərqli olaraq, 1993-cü ildən bu yana heç vaxt hakimiyyətlə gizli sövdələşmələrə getməyib. Bundan sonra da getməyəcək”.
Publika.az-ın məlumatına görə, bu barədə Müsavat
başqanı Arif Hacılının qardaşı, partiya Məclisinin üzvü Mustafa
Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına
münasibət bildirərkən deyib.
M. Hacıbəyli Müsavatın Milli Şuraya seçki dövründə daxil olduğunu
bildirib: “Seçki bitəndən sonra da çıxdı. Buna görə ittihamlar
səsləndirmək tamamilə əsassızdır. Əksinə, siyasi partiyalar içində
ən çox təzyiqə məruz qalan Müsavat olub. Müsavat Partiyası İctimai
Palatada olarkən Yadigar Sadıqlı oradan çıxmağımızı təklif etdi.
Ardınca özü istefa verdi. Daha sonra həbs olundu. Mən onun İctimai
Palatadan çıxmağına görə həbs olunduğunu demirəm. Lakin bu fakt var
və müəyyən ehtimallara yol açır. Ona görə də belə ittihamlar çox
əsassızdır”.
M. Hacıbəyli AXCP-nin müxalifətin birgə mübarizəsinə qarşı olduğunu
deyib.
“Arif bəy AXCP sədrinə xoşməramlı münasibət göstərdi. Bizim
məramımız demokratik düşərgənin eyni nöqtəyə vurması, seçki
mühitinin yaxşılaşması, məhbusların azadlığı üçün birgə mitinqlərin
keçirilməsi, ümumilikdə birgə mübarizədir. Müsavat AXCP-yə bunları
təklif edir. Lakin göründüyü kimi, onlar buna qarşı çıxırlar. Hesab
edirəm ki, bu davranışlarının səbəblərini açıqlamalıdırlar”, - deyə
o qeyd edib.
Müsavat başqanının qardaşı Milli Şuranın müxalifətin əsas birliyi
olması fikri ilə razılaşmır: “Mən onlara uğurlar arzulayıram. Milli
Şuranın tezliklə Azadlıq meydanında mitinq keçirməsini və
hakimiyyətə gəlməsini arzu edirəm. Buna yalnız sevinərəm. Lakin biz
onlarda belə bir potensialı görmürük. Real nəticələrə nail olmaq
üçün demokratik qüvvələrin birgə mübarizəsi fikrimdə qalıram. Onlar
buna zərurət görmürlərsə, özləri bilərlər”.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavatı
hakimiyyətə işləməkdə ittiham edib.
“Mübarizənin ön cəbhəsində olmağa iradəsi çatmayanlarla
yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət
və reallığa söykənmir. Milli Şura hakimiyyətə qarşı
mübarizə aparanların birliyidir. Ona görə də Milli Şura ilə
birlikdə olmağa iradəsi çatmayan, təzyiqlərə görə qurumu tərk
edənlər özlərini təkcə müxalifətin birliyindən deyil, həm də xalqın
inamından kənarlaşdırıblar.
Birlik mexaniki məfhum deyil, hakimiyyətə, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir. Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda müxalifətin birliyini parçalamaq müqabilində iqtidardan mandat almağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq”, - deyə o, Müsavat başqanı Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq təklifini şərh edərkən bildirib.
Asif Nərimanlı
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."