Qırmızı.az
Sabiq deputatın oğlunun maşınından çılpaq meyitlər tapıldı
Bakıda dəhşətli hadisə baş verib.
Lent.az-ın məlumatına görə, Xətai
rayonu, Gəncə prospekti 2 ünvanının qarşısındakı dəmir qarajda
“Mercedes” markalı, 10 TN 786 nömrə nişanlı avtomobilin içindən
1959-cu il təvəllüdlü Muxtarov Miri Mənsim oğlunun
və 1972-ci ildə anadan olmuş Məmmədova Esmira Arif
qızının meyiti tapılıb.
Hər iki şəxsin meyiti tapılarkən onlar yarıçılpaq vəziyyətdə
olub.
Bildirilir ki, heç bir qohumluq əlaqəsi olmayan hər iki şəxs dəm
qazından boğulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi
avtomobil paytaxt sakini Ansuxski Abdulqədir Əli oğluna məxsus
olub.
M.Muxtarov və E.Əliyeva yanvarın 26-na keçən gecə qarajda
avtomobilə giriblər. Qapalı yerdə olduğundan avtomobilin sobası
hava çəkməyib və yaranmış dəm qazı nəqliyyat vasitəsinin içinə
dolub.
Qeyd edək ki, daha əvvəl də oxşar hadisələr baş verib.
Onu da qeyd edək ki, hadisənin baş verdiyi avtomobilin sahibi
olan Abdulqədir Ansuxski Milli Məclisin keçmiş deputatı, 1996-cı
ildə Bakının mərkəzində terror aktı nəticəsində qətlə yetirilən Əli
Ansuxskinin oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ