“Münəccimlik etməsinlər” – YAP-dan “parlament bölünüb” iddiasına REAKSİYA
Bizi izləyin

Nida.az

“Münəccimlik etməsinlər” – YAP-dan “parlament bölünüb” iddiasına REAKSİYA

“Parlament seçki yolu ilə formalaşır. Bu torpaq payı deyil ki, hərəyə bir hissə verəsən”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin indidən formalaşdırıldığına dair iddialara münasibət bildirərkən deyib.


S. Novruzov bu iddiaları şayiə adlandırıb. Onun sözlərinə görə, YAP şayiələrlə yox, əməli fəaliyyət göstərir: “Bələdiyyə seçkilərini başa vurduq. 68 faiz səs üstünlüyü ilə qalib olduq. Qarşıdan gələn parlament seçkilərinə ciddi şəkildə hazırlaşırıq. Bu seçkidir və əsas söz xalqındır. Xalq kimə etimad göstərəcəksə, o da seçiləcək. Ona görə də indidən münəccimlik etməsinlər”.


Qeyd edək ki, “Yeni Müsavat” qəzeti adının açıqlanmasını istəməyən mənbəyə istinadən hakim partiyanın parlamenti indidən formalaşdırdığını yazıb. İddialara görə, 2010-da YAP siyahısından mandat alan bir çoxları bu dəfə kənarda qalacaqlar. Belə ki, 70 nəfərdən ən azı 30-u bu dəfə mandatını təhvil verməli olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm