Beynəlxalq həkim qrupu Leyla Yunusovanı müayinə etdi
Bizi izləyin

Qırmızı.az

Beynəlxalq həkim qrupu Leyla Yunusovanı müayinə etdi

Məlumat verildiyi kimi, Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Publika.az-a verilən məlumata görə, təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilib, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya dəfələrlə ginekoloji və onkoloji müayinədən keçmək təklif edilib, lakin o, müayinələrdən imtina edib.

Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov da daxil edilib.

Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib olunub, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və videoçəkilişi aparılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm