Siyasətçilərin tələbəlik FOTOLARI
Bizi izləyin

Bilgi.az

Siyasətçilərin tələbəlik FOTOLARI

Elə hesab olunur ki, tələbəlik qayğısız həyatın son dönəmidir. Bundan sonra isə gündəlik iş həyatı və ailə qayğıları başlayır. Publika.az məşhur dünya siyasətçilərinin tələbəlik fotolarını təqdim edir.

Barak Obama kollecin kitabxanasında, 1981-ci il

ABŞ prezidenti Barak Obama Kolumbiya və Harvard kimi universitetlərin məzunudur. Harvardda təhsil alarkən Obama universitetin "Harvard Law Review" nəşriyyatında çalışan ilk qaradərili redaktor olub.

Fidel Kastro - Havana universiteti, 1945-ci il

Kuba rəhbəri hüquq təhsilini Havana universitetində alıb. Müəllimləri onu zəhmətkeş tələbə və güclü idmançı kimi xarakterizə edirdilər.

Bill Klinton və onun gələcək həyat yoldaşı Hillari Rodem, Yel Universiteti, 1969-cu il

ABŞ-ın 42-ci prezidenti 3 ali təhsil diplomu ilə fəxr edə bilər. Birinci diplomu Corctaun Universiteti, ikinci diplomu Oksford, üçüncü diplomu isə Yel Universitetindən qazanıb. Elə orada da gələcək prezident həyat yoldaşı Hillari ilə tanış olub.

Angela Merkel (mərkəzdə - red.) riyaziyyat olimpiadasında, 1971-ci il

Almaniya kansleri Angela Merkel hələ məktəbdə oxuyarkən Leypsiq Universitetinin fizika fakültəsinə daxil olmağı arzu edib.

Belarus prezidenti Aleksandr Lukaşenko

Aleksandr Lukaşenkonun ilk ixtisası tarix müəllimliyi, ikinci ixtisası isə kənd təsərrüfatı iqtisadiyyatıdır. Belarus Respublikasının gələcək prezidenti tələbə ikən idmanla da fəal məşğul olub.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin

Vladimir Putin Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra isə o, Moskvada yerləşən 1 nömrəli Ali "KQB" məktəbini də bitirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm