Futbolçunu ölümlə hədələyən avtoritet həbs edildi
Bizi izləyin

İdman

Futbolçunu ölümlə hədələyən avtoritet həbs edildi

Kolumbiya polisi yerli kriminal avtoriteti həbs edib.

Publika.az xəbər verir ki, o, Kolumbiya millisinin keçmiş hücumçusu Faustino Asprilyadan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir. “Pipe” ləqəbli Andres Felipe Marinin ötən ay yoldaşları ilə birlikdə futbolçudan və onun ailəsindən pul tələb etdiyi deyilir.

Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, Asprilyanı və yaxınlarını ölümlə hədələyiblər. Bu hədələrdən sonra Faustino doğma şəhəri Tuluanı tərk edib.

Asprilya “Parma”, “Nyukasl” kimi klubların şərəfini qoruyub. O, Kolumbiya yığmasında 57 oyun keçirib, 20 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm