Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşdırılıb
Bizi izləyin

Qırmızı.az

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşdırılıb

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.

Publika.az-ın xəbərinə görə, bu barədə DSMF sədri Elman Mehdiyev məlumat verib.

O bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.

“Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam verilib.
2014-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 1,4 faizlik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaqdır”.

E.Mehdiyev onu da əlavə edib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm