Qırmızı.az
FHN-in Bakı Regional Mərkəzi dəyirmi masa keçirib
Bu gün Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2014-cü ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, tədbirdə FHN-in Aparatının, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin əməkdaşları, Bakı Regional Mərkəzi nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Komissiyasının Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətlərini təmsil edən üzvləri, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi iştirak edib.
Çıxış edənlər Mərkəzdə fəaliyyət göstərən monitorinq qrupu tərəfindən hazırlanmış hesabatda öz əksini tapan bina və qurğuların texniki təhlükəsizliyi sahəsində aşkar edilmiş pozuntular barədə məlumat verib, hər bir rayon üzrə bu sahədə görülən işlərin vəziyyəti təhlil edilib və təqdimat şəklində tədbir iştirakçılarına nümayiş olunub.
Təqdimatda, həmçinin, Mərkəzə “112” Çevik reaksiya idarəsindən daxil olmuş müraciətlərin Bakı şəhərinin rayonları üzrə statistikası və məzmun göstəriciləri də nəzərə çatdırılıb.
Tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək mövcud problemlər barədə danışıb və onların aradan qaldırılması istiqamətində öz təkliflərini veriblər. Bundan əlavə, Mərkəzin monitorinq qrupunun səmərəli fəaliyyəti qeyd edilib və gələcəkdə də sıx əməkdaşlıq əlaqələrinin saxlanılmasının vacibliyi bildirilib.
İnteraktiv müzakirələr şəraitində keçirilmiş dəyirmi masa zamanı səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilib və həyata keçirmək üçün tövsiyə olunub.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO