“Facebook” haker hücumu iddiasını təkzib etdi
Bizi izləyin

Dünya

“Facebook” haker hücumu iddiasını təkzib etdi

“Facebook” sosial şəbəkəsi bu gün səhər saatlarında sistemdə yaranan nasazlığın hakerlərin hücumu ilə əlaqəsinin olmadığını bəyan edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Facebook”un nümayəndəsi nasazlığın mühəndislərin səhvi nəticəsində yarandığını bildirib.

“Biz problemin həlli üçün lazımi addımlar atdıq və hazırda hər iki xidmətimiz (“Facebook” və “İnstagram”) yüz faiz işlək vəziyyətdədir”, - sosial şəbəkənin nümayəndəsi deyib.

Xatırladaq ki, “İslam Dövləti” (İŞİD) terror qruplaşması “Facebook” və “İnstagram” sosial şəbəkələrində bu gün səhər saatlarında yaranan problemlə bağlı bəyanat verib. Terror qruplaşması sosial şəbəkələrə hücumun onlarla bağlı olan haker qrupu tərəfindən edildiyini açıqlayıb.

Xəbərdə həmçinin bildirilirdi ki, “Facebook” və “İnstagram”a hücum edən haker qrupunun bir müddət əvvəl “Malaysia Airlines” aviaşirkətinin saytını sındıran “Lizard Squad” qrup olduğu təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm