Nida.az
Ziyafət Əsgərov: “Ermənistan üçün danışıqlar masasına oturmaq hələ gec deyil”
“Seyran Ohanyanın bu açıqlaması Ermənistanın Azərbaycanın gücünü etiraf etməsi deməkdir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov
deyib.
Komitə sədri qeyd edib ki, Ermənistanın hərbi rəhbərliyi
Azərbaycanla güc dilində danışmağın mümkünsüz olduğunu anlayır:
“Azərbaycan ordusu Qafqazın ən güclü ordusudur və Ermənistanı
istənilən vaxt yerində oturda bilər. Görünür, Ermənistanda bunu
artıq dərk edirlər. Deməli, onlar üçün danışıqlar masasına oturmaq
hələ gec deyil”.
Z. Əsgərov Azərbaycan ordusunun hər keçən gün daha da gücləndiyini,
maddi-texniki bazasının, hərbi sursatının artdığını diqqətə
çatdırıb: “Azərbaycan Prezidenti, Ali Baş Komandanın əmri ilə
Azərbaycan ordusu istənilən zaman torpaqlarımızı işğaldan azad
etməyə hazırdır. Sadəcə olaraq, biz humanistlik göstərərək problemi
sülh yolu ilə həll etməyin tərəfdarıyıq. Bunu bir daha bəyan
edirik. Nə qədər gec deyil, Ermənistan danışıqlar masasına
oturmalıdır. Əks halda, onun üçün daha da pis olacaq”.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan
Ermənistanın Azərbaycan ordusu tərəfindən vurularaq salınan
helikopterinin kursdan yayındığını etiraf edib. Ohanyan
bildirib ki, vurulan helikopterlə əlaqədar xidməti təhqiqatın
nəticələrinə görə müəyyən şəxslər töhmət alıb, həmçinin işdən
çıxarılanlar da olub.
Xatırladaq ki, noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopteri Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr aralıda Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.
Asif Nərimanlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO