Qənirə Paşayeva İrlandiya prezidenti ilə görüşdü
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva İrlandiya prezidenti ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Strasburqda AŞPA-nın sessiyası çərçivəsində İrlandiya prezidenti Mixael Higgins ilə görüşüb. İrlandiya prezidentinin AŞPA-da millət vəkilləri qarşısında əhatəli çıxışı və bütün Avropa üçün önəmli fikirlərindən sonra Assambleya daxilindəki qısa görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

“İrlandiya prezidentinə Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsi və AŞPA da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməməsi səbəbindən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, girovlarımız barədə də qısa da olsa məlumat verdik. Çox sadə, səmimi, təvazökar bir insandır. Zamanının qısa olmasına, görüşmək istəyən insanlaın çoxluğuna baxmayaraq, diqqətlə dinlədi. İnşallah, öz fəaliyyətində bu məlumatları diqqətdə saxlayar” deyə millət vəkili görüşlə bağlı təəssüratını bölüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm