“Qarabağ” rəsmisindən açıqlama: “Bunlar hamısı uydurmadır” - VIDEO
Bizi izləyin

İdman

“Qarabağ” rəsmisindən açıqlama: “Bunlar hamısı uydurmadır” - VIDEO

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, Polşa çempionatının hazırki lideri “Legiya”nı 2:0 hesabıyla məğlub edib. Agdam klubunun qollarını Reynaldo və Cavid Tağıyev vurub.

Bir neçə gün əvvəl keçirilən “Levski”ylə yoldaşlıq oyunu ətrafında yaranan söz-söhbət isə əsassiz imiş. Boqarıstanın “Vsekiden” portalı Antalya toplanışında "Qarabağ"ın "Levski" ilə qarşılaşmasının UEFA tərəfindən araşdırılacağını bəyan etmişdi.

Bolqarıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə 4 penaltinin təyin olunmasının şübhəli göründüyünü iddia edən həmkarlarımız baş hakim Ömər Paşayevin də bu məsələdə əlinin olduğunu bildirmişdilər.

Bununla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Agdam klubunun rəsmisi bu iddianın cəfəngiyyat olduğunu bildirdi:

“Bunlar hamisi uydurmadır. “Qarabağ” heç vaxt danışılmış oyunlarda iştirak etməyib”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm