Vaqif Səmədoğlunu itirdik (YENİLƏNİB)
Bizi izləyin

Yazarlar

Vaqif Səmədoğlunu itirdik (YENİLƏNİB)

Vaqif Səmədoğlu bu gün dünyasını dəyişib. Publika.az-a bu barədə şairin həyat yoldaşı Nüşabə xanım məlumat verib.

"Vaqif getdi" deyib hönkürən Nüşabə xanım göz yaşlarını saxlaya bilməyib.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.

Azərbaycanın Milli Məclisinin deputatı olub.

Xatırladaq ki, V.Səmədoğlu uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm