Roza Zərgərli Afaq Bəşirqızı ilə filmə çəkilir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Roza Zərgərli Afaq Bəşirqızı ilə filmə çəkilir – FOTOLAR

Populyar azərbaycanlı müğənni Roza Zərgərli rejissor Şahin Zəkizadənin komediya janrında çəkdiyi “100 kağız” adlı filmdə baş rollardan birində çəkilib.


Rejissorun Publika.az-a verdiyi xəbərə görə, filmin əsas süjet xətti yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən-ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falçı, molla və sairə.


Filmdə həmçinin Azərbaycan kino və teatrının tanınmış simaları Afaq Bəşirqızı, Valeh Kərimov, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Bəhram Bağırzadə, Azər Axşam və digərləri çəkiliblər.


Filmin çəkilişləri fevral 1-də başlayacaq, martın 15-də isə “Nizami” Kino Evində filmin təqdimetmə mərasimi keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm