Ekopublika.az
“Türkiyə axını”nın dəniz hissəsini “Qazprom” tikəcək
“Türkiyə axını” layihəsinin dəniz hissəsini “Qazprom” özü tikəcək.
Publika.az-ın məlumatına görə, bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldızın işgüzar görüşünün nəticələrinə dair şirkətin yaydığı məlumatda deyilir.
Türkiyə tərəfindən səlahiyyətli kompaniya Botas şirkəti təyin olunub. Məlumatda layihənin dəniz hissəsinin “Qazprom” tərəfindən müstəqil şəkildə, Türkiyə ərazisində qazdaşıyıcı güclərin isə birgə tikiləcəyi qeyd edilir. İştirak payları isə davam edəcək danışıqlar zamanı müəyyən olunacaq.
Tərəflərin görüşdə, həmçinin yeni qaz kəmərinin texniki-iqtisadi hesablamalarının ilkin nəticələrini müzakirə etdikləri və kəmərin marşrutu haqda qərar qəbul olunduğu bildirilir.
Rusiya və Türkiyə arasında “Türkiyə axını” qaz kəmərinin tikintisinə dair hökumətlərarası razılaşmanın 2015-ci ilin ikinci rübündə imzalanacağı gözlənilir. Türkiyəyə ilk qaz axınının isə 2016-cı ilin dekabr ayında veriləcəyi planlaşdırılır.
Türkiyə bazarı üçün nəzərdə tutulan ilk kəmərin gücü 15,75 milyard kubmetr olacaq. Ümumilikdə isə qaz kəməri vasitəsilə 63 milyard kubmetr mavi yanacaq ötürüləcək ki, bunun da təxminən 60 milyard kubmetri Türkiyə-Yunanıstan sərhədindəki qazpaylayıcı sistemə yönəldiləcək.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO