Qırmızı.az
Bakıda özünü yandıran sürücünün anası danışdı - VİDEO
Bakıda sürücü özünə od vurub yandırıb. Ağır xəsarətlər
alan şəxs Respublika Yanıq Mərkəzinə çatdırılıb.
ANS TV-nin məlumatına görə, bu gün axşam saatlarında Bakının
Yasamal rayonu ərazisində, 20 yanvar dairəsində intihar cəhd halı
qeydə alınıb. Sözügedən ərazidə nəqliyyat müfəttişlərilə mübahisə
edən sərnişin daşımaqla məşğul olan ”Ford” markalı mikroavtobus
sürücüsü üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və Prokurorluğunun
əməkdaşları cəlb olunub. Polis 20 yanvar dairəsində asayişi bərpa
edib. Xəsarət alan sürücü 1976-ci il təvəllüdlü Hümbətov Arzuman
Hətəmxan oğlu isə ağır vəziyyətdə 5 sayl şəhər xəstəxanasını yanıq
mərkəzinə yerləşdirilib.
Həkim Almaz Seyidovun sözlərinə görə, xəstə üz, baş və boyunun 2-3
dərəcəli texniki yanıq diaqnozu ilə gətirilib. Xəstəyə ilkin tibbi
yardım göstərilib. Hazırda xəstənin vəziyyəti orta-ağır
qiymətləndirilir. Yuxarı tənəffüs yolları yanıb. Hələlik xəstənin
həyatı üçün təhlükə az da olsa var”.
Özünü yandıran Arzuman Hümbətovun yaxınlarının dediyinə görə,
hadisə zamanı mikroavtobusda sərnişin olmayıb. Şahidlərin sözlərinə
görə, hadisə sürücü yaşadığı Ceyranbatan qəsəbəsinə getmək istəyən
zaman baş verib.
Özünü yandıranın qardaşı Rəhim Abuzərov: "Mənə zəng edib dedilər
ki, qardaşını "20 yanvar"da saxlayıb döydülər, sonra da maşını
əlindən aldılar. Qardaşın da bezini götürüb özünü yandırdı. İndi
həkim bildirir ki, vəziyyəti ağırdır. Qardaşımın iki uşağı var,
kirayədə qalır”.
Özünü yandıranın anası Sahilə Hümbətova isə bildirdi ki, Arzuman
Hümbətov ağır bir şəraitdə yaşayır və əlil uşağı var: "Məgər
dərəbəylikdi".
Nəqliyyat Nazirliyindən isə ANS-ə bildiriblər ki, sürücü qanunsuz
sərnişin daşımaqla məşğul olduğu üçün müfəttişlər onun barəsində
protokol tərtib etmək istəyiblər. Bu zaman yaranan insident zamanı
Arzuman Hümbətov avtomobildə gəzdirdiyi benzini üzərinə tökərək
özünü yandırıb.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma
başlanılıb. Araşdırmalardan sonra isə hadisənin təfərrüatlarına
aydınlıq gətiriləcək.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO