İqtisadi gündəm
Erməni akademikdən doğru xəbər: Qarabağ Azərbaycan torpağıdır
"Ağdam Azərbaycan şəhəridir. Bu şəhər Qarabağ müharibəsi
zamanı həqiqətən də dağıdılıb. Şəhərdə hər yer dağılıb, bircə
məscidə heç nə olmamışdı. Ağdam haqqında onu deyə bilərəm ki, bu
şəhərdə erməni yaşamır, indi ölü şəhərdir".
Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu
hazırda Rusiyada yaşayan erməni əsilli akademik Abel Aqanbekyan
deyib.
O, Dağlıq Qarabağda separatçılığın yaranmasında özünü günahkar
saymadığını da bildirib: "Mən özümü Dağlıq Qarabağda baş verən
hadisələrdə, insan itkilərində günahkar saymıram. Orada nə qədər
adam ölüb ki?! Yuqoslaviyada və Ukraynada daha çox adam ölüb. Mən
bildiyim qədəri ilə Qarabağ müharibəsində Ukraynada olduğu kimi
çoxlu sayda dağıntılar törədən "Qrad" qurğusundan istifadə
olunmayıb".
Abel Aqanbekyan hazırda Ermənistandakı iqtisadi vəziyyəti də şərh
edib: "Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlıdır. Ölkədə
iqtisadi durum Rusiyadan üç dəfə aşağıdır. İstahsalat dayanıb,
sənaye müəssisələri işləmir. Əmək haqları verilmir. Ermənistan
əhalisi yoxsulluqdan ölkəni kütləvi tərk edir".
Qeyd edək ki, Abel Aqanbekyan Dağlıq Qarabağın Azərbaycandan
ayrılaraq Ermənistana birləşdirilməsinin təşəbbüskarlarından biri
olub. O, "yenidənqurma" dövründə Mixail Qorbaçovun iqtisadi
məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ