Qırmızı.az
Nazirlik lal-kar şagirdin döyülməsindən danışdı - VİDEO
Təhsil Nazirliyi Nizami rayonu, əqli cəhətdən qüsurlu
uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbində eşitimə və nitq
qüsurlu 11-ci sinif şagirdinin döyülməsilə bağlı araşdırma
aparıb.
Nazirlikdən ANS TV-yə bildiriblər ki, 21 yaşlı Elnur Baxşiyev
yanvarın 18-də günorta saatlarında internat məktəbindən kənarda,
metronun “Qara Qarayev” stansiyasının yaxınlığında döyülüb.
Araşdırma zamanı o da bəlli olub ki, Elnur internat məktəbinin
keçmiş məzunu Orxan Qasımovla dalaşıb.
Mübahisəyə səbəb isə Elnurun Orxana qarşı nalayiq sözlər işlətməsi
olub. Orxan Elnur Baxşiyevi vurandan sonra isə internat məktəbinə
gedib. Zərərçəkənin qohumlarının idda etdiyi məktəbdə döyülmə faktı
isə öz təsdiqini tapmayıb.
Nazirlikdən onu da bildiriblər ki, Elnur Baxşiyev internat
məktəbində gecələmir. O, yalnız məktəbə xüsusi təhsil almaq üçün
gəlir. Məlumat üçün deyək ki, eşitmə və nitq qüsurlu olan şəxsin
qohumları zərərçəkənin təhsil aldığı məktəbin 2-ci mərtəbəsində
döyüldüyünü iddia edirdi.
Bu işdə isə tərbiyə ocağının müəllimələrini günahlandırırdı. Hər
halda döyən bəlli məkan bəlli, qalır bu məsələyə hüquq-mühafizə
orqanları tərəfindən aydınlıq gətirmək.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ