Donbasda müharibənin dayandırılmasının iki variantı
Bizi izləyin

Dünya

Donbasda müharibənin dayandırılmasının iki variantı

“Donbas hövzəsində müharibənin dayandırılmasının iki variantı var”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ukraynalı ehtiyatda olan polkovnik Mixail Savçenko bildirib.

Onun sözlərinə görə, birinci variant hazırda Kiyevin nəzarətində olmayan Rusiya-Ukrayna sərhədinin tamamilə bağlanmasıdır: “Bu halda terrorçulara “Qrad”lar, tanklar və raketlər çatdırılmayacaq. Rusiyadan silah, hərbi texnika və “humanitar yardım” almayan “LXR” və “DXR” isə uzun müddət yaşaya bilməyəcək. Amma bunu yarım il əvvəl etmək mümkün idi, indi isə daha çətin görünür”.

İkinci variant, ekspertin sözlərinə görə, danışıqlardır: “Hərbi hərəkətlər o halda dayandırıla bilər ki, “DXR” və “LXR” Ukraynadan maksimum muxtariyyət alacaq, bu “respublikalar”da oyuncaq hökumətqurulacaq və Rusiyanın marionetkaları Ukraynanın Ali Radasında oturacaq. Bu halda isə Ukrayna Donbas hövzəsini bərpa etmək öhdəliyini öz üzərinə götürməli olacaq”.

Mixail Savçenko qeyd edir ki, beləliklə Rusiya rəhbərliyi Ukraynanın Moskvadan maksimum asılılığına nail olacaq və ölkəni iqtisadi kollapsa aparacaq. Ehtiyatda olan polkovnik hesab edir ki, bu variantların hansının reallaşdırılacağı bir çox amillərdən – dünya birliyindən, sanksiyaların Rusiyaya necə təsir edəcəyindən və ilk növbədə Ukrayna prezidentinin siyasi qətiyyətindən asılı olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm